“Zirə”nin serbiyalı yarımmüdafiəçisi Andriya Lukoviçin futbolinfo.az saytına müsahibəsi

  • Son oyunda “Sabah”a məğlub oldunuz. Səncə, rəqib layiqli qələbə qazandı?
  • Fikrimcə, biz çox yaxşı komandaya qarşı oynadıq. Qarşılaşmadan əvvəl biz rəqibi yaxşı analiz etmişdik. Onların necə hücum edəcəyini bilirdik. Matçda da yaxşı müdafiə olunduq. Bilirik ki, biz oyun ərzində 9-10 qol şansı yarada bilmədik. Amma 2-3 dəfə də olsa, şanslar qazandıq. Təəssüf ki, həmin şanslardan istifadə edib qol vura bilmədik.
  • Ümumi götürsək, “Zirə” mövsümdə qeyri-sabit çıxışı ilə diqqət çəkir. Bunun səbəbin nədə görürsən?
  • Sizinlə razılaşa bilmərəm. Çünki biz çempionatda yalnız ilk 3-lükdə yer alan komandalara uduzmuşuq. Sadəcə bununla razıyam ki, biz daha yaxşı oynaya bilərik. Bunu göstərmək üçün isə zamana ehtiyacımız var. Oyundan-oyuna daha yaxşı olacağımıza əminəm.
  • Son matçda hakimlə bağlı qalmaqallar oldu. Sənin hakimlik haqqında fikrin necədir?
  • Mənim üçün bu barədə danışmaq çətindir. Həqiqətən bu mənim işim deyil. Baş məşqçşimiz Rəşad Sadıqov bu barədə açıqlama verib.
  • Coşqun Diniyevə verilən qırmızı vərəqə nə qədər doğru qərar idi?
  • Dediyim kimi, şərh vermək istəmirəm.
  • İki ardıcıl qələbədən sonra məğlub oldunuz. Liderlərə uduzmaq sizi həvəsdən salmır?
  • Əgər biz “Sabah”a qalib gəlsəydik, heç bir şey dəyişməyəcəkdi. Amma 3 xal əldə edəcəkdik. Yəni ki, heç nə bizi həvəsdən salmır və məqsədimizə doğru gedirik. Biz bu cür oyunlardan sonra daha çox çalışmalıyıq, daha çox yaxşı oyunlar göstərməyə cəhd etməliyik. Bunun da olacağına inanıram.
  • Növbəti oyununuz “Sumqayıt”a qarşı olacaq…
  • Hər oyuna qalib gəlmək düşüncəsi ilə yollanırıq. “Sumqayıt” daha çox xallar qazanmağa layiqdir. Çünki onlara çalışırlar, yaxşı futbol oynamağa cəhd edirlər. Keyfiyyətli komandaya sahibdirlər. Amma ümid edirəm ki, biz şənbə günü qalib tərəf olacağıq.

FƏRİD

Shares: