Zorlamada ittiham olunan “Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud Mançester məhkəməsində qapalı keçirilən dinləmədən sonra yenidən zaminə buraxılıb.

Futbolinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qrinvud əvvəllər yeni girovdan imtina etmişdi.

Futbolçunun girov şərtlərini pozduğuna görə bir aydan çox həbsdə qalacağı bildirilirdi. Lakin Qrinvudun vəkilləri oyunçunu oradan çıxara biliblər. Yeni şərtlərə görə, Qrinvuda onun işi üzrə şahidlərlə əlaqə saxlamaq qadağan edilib. Hücumçunun Bovdendəki evində yaşaması da tələb olunur.

Qrinvudun işi üzrə növbəti məhkəmə iclası noyabrın 21-də keçiriləcək.

Qrinvud bu ilin yanvarında, döyülmə videosu və fotosunu, eləcə də, cinsi əlaqəyə məcbur edildiyi audionu dərc edən keçmiş sevgilisi Harriet Robsonun ittihamlarından sonra həbs edilib. Bundan sonra o, üç gün həbsdə qalıb.

Shares: