İspaniyanın “Valensiya” klubu cinah müdafiəçisi Xose Luis Qaya ilə yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilə 2027-ci ilin yayına kimi hesablanıb.
Qaya “Valensiya”nın yetirməsidir. 27 yaşlı futbolçu ilə “Real”, “Barselona” və PSJ klubları maraqlanırdı.
“Valensiya” La Liqada 10 matçda 15 xal toplayıb və turnir cədvəlində səkkizinci yerdədir.