Futbol üzrə Azərbaycan kubokunda 2022/23 mövsümünün püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.
Mərasimə Peşəkar Futbol Liqasının rəhbərliyi və klub nümayəndələri qatılıb.
Püşkün nəticəsinə əsasən 1/8 finalda aşağıdakı komandalar üz-üzə gələcəklər:
Azərbaycan kuboku
1/8 final (22-23 noyabr)
“Qəbələ” – “Araz Naxçıvan”
MOİK – “Səbail”
“Sabah” – “Qaradağ Lökbatan”
“Kəpəz” – 2Sumqayıt”
“Şamaxı” – “Turan Tovuz”
Mingəçevir” – “Zirə”
1/4 final (8-9, 19-20 dekabr)
1. “Qarabağ – “Qəbələ”/“Araz Naxçıvan” cütünün qalibi
2. MOİK/“Səbail” cütünün qalibi – “Sabah”/“Qaradağ Lökbatan” cütünün qalibi
3. “Kəpəz”/“Sumqayıt” cütünün qalibi – “Şamaxı”/“Turan Tovuz” cütünün qalibi
4. “Mingəçevir”/“Zirə” cütünün qalibi – “Neftçi”
Yarımfinal (19-27 aprel, 2023-cü il)
1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi
Final (3 iyun, 2023-cü il)
Sonda onu da qeyd edək ki, kubok oyunlarında 7+4 legioner limiti tətbiq olunacaq.