Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Almaniyanın Frankfurt şəhərində səfərdədir.

Futbolinfo.az xəbər verir ki, bu barədə PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Azərbaycan kubokunun püşkatma mərasimində deyib.

Şahgəldiyevin sözlərinə görə, PFL rəhbəri Almaniyada VAR sistemindəki problemlərlə bağlı görüşlər keçirir: “Səhvlər var və bunlar etiraf olunmalıdır”.

Şahgəldiyev ölkə kubokunun avrokuboklara çıxmaq üçün ən qısa yol olduğunu vurğulayıb. PFL rəsmisi yarışın tirul sponsorunun hələlik bəlli olmadığını və danışıqların davam etdiyini söyləyib:

“Qarşılaşmalar başlayanadək bu məsələyə aydınlıq gələcək. Komandaların azlığı bizi də narahat edir. “Zaqatala” və “İmişli” maliyyə məsələlərinə görə ölkə kubokundan imtina etməklə bağlı məktub yolladı. Region Liqası komandaları ilə bağlı danışılırdı, amma onların əksəriyyətinin infrastruktur problemləri var. Kubokda peşəkar komandalar iştirak etməlidir. Növbəti mövsümdə bu məsələ AFFA ilə birlikdə müzakirə ediləcək. Ola bilsin, əsasnaməyə müvafiq dəyişilik etdik”.

Shares: