Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri davam edir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda rinqə ilk olaraq Anaxanım İsmayılova (50 kq) çıxıb.
Boksçumuz Yaroslava Marinçukla (Ukrayna) üz-üzə gəlib. Gərgin keçən görüş təmsilçimizin 3:2 (30:27, 29:28, 30:27, 27:30, 27:30) hesablı qələbəsi ilə yekunlaşıb.
İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. O, növbəti döyüşündə irlandiyalı Katlin Fryerslə qarşılaşacaq. Görüş oktyabrın 21-də olacaq.
1/4 finalda yığmamızın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək.