Futbol üzrə Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Frayburq” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda 1/16 finalda evdə “Sankt-Pauli”ni ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn “Qarabağ”ın rəqibi 1/8 finala vəsiqə qazanıb. Oyunda hesabı 43-cü dəqiqədə qonaqlar açıblar. Meydan sahibləri 90+3-cü dəqiqədə Mattias Ginterlə tarazlığı bərpa ediblər. Matçın əsas vaxtı bu hesabla başa çatıb. 119-cu dəqiqədə isə Mixael Qreqoriç Frayburq təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.
“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında ikinci oyun noyabrın 3-də Bakıda keçiriləcək.