Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxıb.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gəlib.
Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Məmmədyarov adını finala yazdırıb.
O, həlledici görüşdə digər yarımfinal matçında norveçli dünya çempionu Maqnus Karlsenə 3:1 hesabı ilə qalib gələn polşalı Yan Kşiştof-Duda ilə münasibətlərinə aydınlıq gətirəcək.