Futbol üzrə Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun yarımmüdafiəçisi Mahir Emreli xoronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç məlumat verib.

Onun sözlərinə görə, Mahirlə yanaşı, Daniel Şteful, Robert Lyubiçiç, İvan Nevistiç və Marko Bulat da virusa yoluxub. Bu üzdən də onların Xorvatiya çempionatının 14-cü turu çərçivəsində Split “Hayduk”u ilə matçında iştirakı gözlənilmir.

“Hayduk” – “Dinamo” matçı oktyabrın 21-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp