AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə Yüksək Liqanın III turunun “Alyans FK” – “Record” oyununda “Record”un futbolçusu Mahyar Pourniazi qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə 1-ci Liqanın I turunun “Baku Fire-2” – “Şamaxı” oyununda “Baku Fire-2” klubunun baş məşqçisi Tahir Məcidov oyunun 15:41-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 oyunda texniki zonaya buraxılmayacaq. “Şamaxı”nın baş məşqçisi Fuad Rzayev də oyunun 15:41-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 oyunda texniki zonaya buraxılmayacaq.

Futzal üzrə 1-ci Liqanın I turunun “Dəstə Ordubad” – ADBTİA oyununda “Dəstə Ordubad”ın futbolçusu Arif Ağayev rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə 2-ci Liqanın I turunun “Dalğa” – “Advokat” oyununda “Dalğa”nın futbolçusu İsa İsayev oyunun 19:05-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə 2-ci Liqanın I turunun “Metropoliten” – “Xan Lənkəran” oyununda “Metropoliten”in futbolçusu Mahir Rəsulov qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Xan Lənkəran”ın futbolçusu Rufin Sarıyev qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasının “Qəbələ FK” – “Neftçi PFK” oyununda “Qəbələ” klubu Əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Qəbələ”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Xırdalan City (Bakı)” – “Marxal (Şəki)” oyununda “Marxal (Şəki)” klubu Əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Marxal (Şəki)” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Gömrükçü FK (Bakı)” – “Mingəçevir” oyunda “Mingəçevir” klubu Əsasnaməyə uyğun yaş limiti qaydasını pozduğuna görə “Mingəçevir” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Gömrükçü FK (Bakı)” – “Mingəçevir” oyununun 27-ci və 37-ci dəqiqələrində “Mingəçevir” klubunun 7 nömrəli futbolçusu Bəsti Rəhimova qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp