“Karvan” yeni mövsümdən həvəskarlar arasında keçirilən Region Liqasında mübarizə aparacaq. Yevlax şəhər stadionunda bununla bağlı abadlıq və təmizlik işlərinə başlanılıb.

Əvvəlcə stadionun yaşıl örtüyü biçilib. Stadionun daxilində təmiz işləri aparılaraq toplanan məişət tullantıları ərazidən çıxarılıb. Stadionun əsas tribunası, futbolçuların paltardəyişmə otaqları, duşxanalar yenidən bərpa edilib.

Qeyd edək ki, artıq region liqasının bu mövsüm üçün püşkü atılıb. ”Karvan” ilk oyun günündə “Göygöl” klubunu qonaq edəcək.

BƏHRUZ MUSAYEV, Yevlax

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp