Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, gürcüstanlı yaşıdları ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.

Komandamızın heyətində 46-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.

Qeyd edək ki, bu komandaların oktyabrın 18-də keçirilmiş ilk oyununda millimiz 2:1 hesablı qələbə qazanmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp