“Səbail”in ukraynalı futbolçusu Petro Stasyuk “Şamaxı” ilə oyunda hakimin verdiyi ofsayd qərarına münasibət bildirib. Futbolinfo.az-a açıqlama verən müdafiəçi autdan topu atarkən referinin belə qərar verəcəyini gözləmədiyini bildirib:
“Hakimin qərarı məni çox təəccübləndirdi. İlk dəfədir bu halla qarşılaşıram. Baş məşqçimiz hər şeyin ən yaxşısını bilir. Amma bu hakimlərin rəqibin xeyrinə verdiyi ilk belə səhv qərar deyil. Lakin əminəm ki, müvafiq qurumlar matçlardan sonra hakimlərin qərarına qiymət verir. Ümid edirəm ki, bu kimi hallar azalacaq”.
Qeyd edək ki, “Səbail” – “Şamaxı” matçının 90+4-cü dəqiqəsində yan xətt hakimi Cavanşir Yusifov meydan sahiblərinin autdan atılan topundan sonra oyundan kənar vəziyyət bildirərək bayrağını qaldırıb. Baş hakim İnqilab Məmmədov da onun qərarını təsdiqləyib.