Türkiyə Super Liqasında 11-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Girəsunspor” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. Səfərdə “Hatayspor”la qarşılaşan “Beşiktaş” isə məğlubiyyətə üzülüb.

11 turdan sonra 23 xala malik “Fənərbaxça” vahid liderdir. “Adana Dəmirspor” 22 xalla ikinci, “Trabzonspor” isə 21 xalla üçüncüdür. “Başakşəhər”in 20, “Beşiktaş”ın 19-cu, “Qalatasaray”ın 18 xalı var.

Türkiyə Super Liqası
11-ci tur

21 oktyabr

Antalyaspor – İstanbulspor 2:1
Qol: Fernando, 45+2. V.Sarı, 90+7 – Mehremiç, 26.

22 oktyabr

Ümraniyəspor – Fatih Karagümrük 1:3
Qol: U.Nayir, 3 – Biraski, 8. Diaqne, 55. Borini, 90+1.

Trabzonspor – Sivasspor 1:0
Qol: Hamşik, 9.

Fənərbaxça – Başakşəhər 1:0
Qol: D.Rossi, 84.

23 oktyabr

Kasımpaşa – Kayserispor 0:1
Qol: Tiam, 43.

Adana Dəmirspor – Konyaspor 1:1
Qol: Akintola, 32 – Diuf, 22.

Qalatasaray – Alanyaspor 2:2
Qol: Mertens, 11. İkardi, 22 – Balkoveç, 68. Koka, 90+1.

24 oktyabr

Girəsunspor – Ankaragücü 1:1
Qol: Bayiç, 85 – Xese, 69-pen.

Hatayspor – Beşiktaş 2:1
Qol: Ze Luis, 50. K.Kanak, 90 – Veqhorst, 1.

Shares: