İtaliya A Seriyasında 11-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2qarşılaşma baş tutub.

“Kremoneze”nin qonağı olan “Sampdoriya” minimal hesabla üstün olub. “Sassuolo” – “Verona” matçında isə meydan sahibləri əzmkar qələbəyə seviniblər.

11 turdan sonra 29 xalı olan “Napoli” vahid liderdir. “Milan” 26 xalla ikincidir. “Latsio” və “Atalanta”nın 24, “Roma”nın 22 xalı var. “İnter” 21 xalla 7-ci, “Yuventus” 19 xalla 8-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası
11-ci tur

21 oktyabr

Yuventus – Empoli 4:0
Qol: M.Kin, 8. Makkenni, 56. Rabyo, 82; 90+4.

22 oktyabr

Salernitana – Spetsiya 1:0
Qol: Mazokki, 48.

Milan – Montsa 4:1
Qol: B.Dias, 16; 41. Oriqi, 65. Leao, 84 – Ranokkya, 70.

Fiorentina – İnter 3:4
Qol: Kabral, 33. İkone, 60. Yoviç, 90 – Barelya, 2. L.Martines, 15; 73-pen. Mxitaryan, 90+4.

23 oktyabr

Udineze – Torino 1:2
Qol: Deulofeu, 26 – Ayna, 14. Pelleqri, 69.

Bolonya – Leççe 2:0
Qol: Arnautoviç, 13. Ferquson, 35.

Atalanta – Latsio 0:2
Qol: Zakkayni, 10. F.Anderson, 52.

Roma – Napoli 0:1
Qol: Osimhen, 81.

24 oktyabr

Kremoneze – Sampdoriya 0:1
Qol: Kolli, 78.

Sassuolo – Verona 2:1
Qol: Loryente, 32. Frattezi, 74 – Çekkerini, 2.

Shares: