Futbol üzrə Almaniya Bundesliqasında 12-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” da növbəti oyununu keçirib.
Sözügedən komanda səfərdə “Şalke” ilə üz-üzə gəlib. Qarşılaşma “Qarabağ”ın rəqibinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Frayburq”un qollarını dubla imza atan Vinçentso Qrifo vurub.
Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran komanda üçüncü pillədə qərarlaşıb.
“Qarabağ” G qrupundakı ilk oyununu Almaniyada “Frayburq”a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında ikinci matç noyabrın 3-də Bakıda baş tutacaq.