Almaniya Bundesliqasında 12-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
Lider “Union Berlin” doğma meydanda Mönhenqladbax “Borussiya”sına qalib gəlib. “Frayburq” bu dəfə səfərdə “Şalke”ni 2 cavabsız qolla yenib. “Köln” – “Hoffenhaym” matçı isə bərabərliklə bitib.
12 turdan sonra “Union Berlin” 26 xalla vahid liderdir. 25 xalı olan “Bayern” ikinci, 24 xala malik “Frayburq” üçüncüdür. Dortmund “Borussiya”sının isə 22 xalı var.
Almaniya Bundesliqası
12-ci tur
28 oktyabr
Verder – Herta 1:0
Qol: Fullkruq, 85.
29 oktyabr
Bayern – Maynts 6:2
Qol: Qnabri, 5. Musiala, 28. Mane, 43. Qoretska, 58. Tel, 79. Şupo-Motinq, 86 – Vidmer, 45+4. İnqvartsen, 82.
Leypsiq – Bayer 2:0
Qol: Nkunku, 32. Verner, 83.
Ştutqart – Auqsburq 2:1
Qol: Jirassi, 15. Anton, 90+1 – Nyederlexner, 4.
Volfsburq – Bohum 4:0
Qol: Nmeça, 27; 58. Baku, 35. Vind, 80.
Ayntraxt – Borussiya (Dortmund) 1:2
Qol: Kamada, 26 – Brandt, 21. Bellingem, 52.
30 oktyabr
Union Berlin – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Behrens, 79. Doexi, 90+7 – Elvedi, 33.
Şalke – Frayburq 0:2
Qol: Qrifo, 45+1; 61.
Köln – Hoffenhaym 1:1
Qol: Kaynts, 13 – Larsen, 36.