Bu mövsüm Avropa ölkələrinin milli çempionatlarında keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayında dəyişiklik baş verməyib.

Futbolinfo.az xəbər verir ki, bu siyahıda Azərbaycan çempionu “Qarabağ” da var.

Ağdam təmsilçisi Misli Premyer Liqasındakı ilk 11 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun 3-cü turda “Turan Tovuz”la görüşü isə noyabrın 9-na təxirə salınıb.

Lüksemburqda “Düdelanj” 10 oyunun hamısında qalib gəlib. Komanda ötən həftə çempionat matçına çıxmayıb. Yunanıstanda isə səfərdə “Volos”u 5:1 hesabı ilə üstələyən “Panatinaikos” Super Liqadakı qələbələrinin sayını 10-a çatdırıb.

Shares: