AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə “Trabzonspor” və Macarıstanın “Ferentsvaroş” komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qarşılaşma noyabrın 3-də Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi”ndə baş tutacaq.

Shares: