Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı hakim Danimarkada “Kopenhagen” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək 6-cı tur matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Noyabrın 2-də “Parken” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Shares: