Azərbaycanın FİFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı hakim Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində İsraildə “Hapoel” (Ber-Şeva) və Avstriyanın “Austriya” (Vyana) komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardım edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 3-də oynanılacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Shares: