Bu gün AFFA-nın İnzibati binasında Misli Premyer Liqası və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2023/24-cü illər Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, klub nümayəndələrinə şəxsən və ya onlayn formatda iclasda iştirak etmək seçimi verilib.

İclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:

  • Ötən mövsümün icmalı
  • Lisenziyalaşdırma Qrupunun yenilənmiş təşkilatı strukturu
  • Prosesə aid sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklər
  • Cari mövsümdən etibarən tətbiq olunacaq yeni meyar (Futbolda Sosial Məsuliyyət) barədə məlumat
  • Lisenziyalaşdırma Qrupunun mövsüm ərzində planlaşdırılmış tədbir, seminar və treninqləri haqda məlumat

İclasın sonunda Lisenziyalaşdırma Qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

Shares: