“İnter”in futbolçusu Romelu Lukaku yenidən zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı hücumçu sabah Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Bayern”lə, A seriyasında isə noyabrın 6-da “Yuventus”la matçı buraxacaq. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Bu, Lukakunun 2022/23 mövsümündə artıq 2-ci zədəsidir. O, omba zədəsi səbəbində sentyabrda və oktyabrın böyük hissəsində oynaya bilməyib.

Shares: