“Frayburq”un baş məşqçisi Kristian Ştrayx “Qarabağ”la oyundan əvvəl jurnalistlərin önünə çıxmayacaq. Bu barədə məlumatı klubun mətbuat katibi Gündüz Abbaszadə verib.

Abbaszadə alman çalışdırıcının qərarını bu cür əsaslandırıb: “Frayburq” Bakıya gec gələcəyi üçün Kristian Ştrayxın mətbuat konfransı Almaniyada baş tutacaq. Odur ki, matçdan əvvəl Bakıda mətbuat konfransı keçirilməyəcək. Almaniya təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb” (sportinfo.az).

Noyabrın 3-də Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Frayburq” qarşılaşması saat 21:45-də başlayacaq.

Shares: