“Qarabağ”ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib. Ağdam klubundan verilən məlumata görə, Premyer Liqanın 12-ci turunun  “Şamaxı” ilə oyununda (4:0) zədələnən yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib.

Futbolçunun yan diz bağlarında dartınma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq”la matçda oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.

“Qarabağ” – “Frayburq” matçı noyabrın 3-də keçiriləcək.

Shares: