“Birinci hissədə əla oynadıq. Hətta iki qol vura bilərdik, amma cəmi bir dəfə fərqləndik”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Felipe Santos deyib.

O, Misli Premyer Liqasının 12-ci turunda “Sabah”a 1:2 hesablı məğlubiyyətdən danışıb: “Rəqibin ehtiyat oyunçular skamyası olduqca zəngindir. Hansı ki, eyni tempi, eyni sistemi saxlamaq üçün oyuna girib gücə güc qatırlar. Onlar meydana girdi və hər şey dəyişdi. Sonda qalib gəlməyi bacardılar”.

“Qəbələ” bütün vacib oyunlarda rəqiblərinə uduzub, bu, sizi mövsümün sonunda daha aşağı yerlərdə görməyimizə səbəb ola bilərmi” sualına futbolçu belə cavab verib: “Biz öz üzərimizdə çalışmalıyıq. Ondan sonra qalib gələcəyik. Hələ ki, çox oyunumuz var. Mövsümün sonunda hədəfimizə çata bilərik. Bu, yalnız bizdən asılıdır”.

Uzun müddətdir qol vurmaması ilə bağlı sualı isə Santos bu cür cavablayıb: “Bunun üçün çalışıram. Özümü yükləyirəm və hədəfimə çatmağa çalışıram. “Sabah”la oyunda penalti olmasaydı, hədəfimə çatacaqdım”.

Shares: