İtaliya A Seriyasında 12-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.
“Roma” səfərdə “Verona”, “Bolonya” isə “Montsa”nı məğlub edib.
12 turdan sonra məğlubiyyət tanımayan “Napoli” 32 xalla vahid liderdir. 27 xala malik “Atalanta” ikinci, 26 xalı olan “Milan” isə üçüncüdür. “Roma”nın 25, “Latsio” və “İnter”in 24, “Yuventus”un 22 xalı var.
İtaliya A Seriyası
12-ci tur
29 oktyabr
Napoli – Sassuolo 4:0
Qol: Osimhen, 4; 19; 77. Kvaratsxeliya, 36.
Leççe – Yuventus 0:1
Qol: Facoli, 73.
İnter – Sampdoriya 3:0
Qol: De Vrey, 21. Barella, 44. Korrea, 73.
30 oktyabr
Empoli – Atalanta 0:2
Qol: Hatebor, 32. Lukman, 59.
Kremoneze – Udineze 0:0
Spetsiya – Fiorentina 1:2
Qol: Nzola, 35 – Milenkoviç, 14. Kabral, 90.
Latsio – Salernitana 1:3
Qol: Zakkayni, 41 – Kandreva, 51. Fasio, 68. Dia, 76.
Torino – Milan 2:1
Qol: Djidji, 35. Mirançuk, 37 – Messias, 67.
31 oktyabr
Verona – Roma 1:3
Qol: Davidoviç, 26 – Zaniolo, 45+2. Volpato, 88. El Şaaravi, 90+2.
Montsa – Bolonya 1:2
Qol: Petanya, 57-pen – Ferquson, 60. Orsolini, 73.