Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”la Almaniyanın “Frayburq” komandası arasındakı oyunun hakimləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Aleksey Kulbakov olacaq.
Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 21:45-də start veriləcək.
21:45. “Qarabağ” – “Frayburq”
Baş hakim: Aleksey Kulbakov.
Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka.
Dördüncü hakim: Dmitry Dmitriyev.
VAR: Tyaqo Bruno Lopes Martins (Portuqaliya).
AVAR: Huqo Filipe Ferreyra Moreyra Migel (Portuqaliya).
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan).
UEFA nümayəndəsi: Boriana Stoyçeva (Bolqarıstan).
3 noyabr. Tofiq Bəhramov adına Respublika stadionu.