Futbol üzrə İsveç çempionatında 2022-ci il mövsümünün qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Haken” komandası sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Sözügedən kollektiv 29 turdan sonra 63 xalla əlçatmaz olub. Bu komandanı 57 xalla “Yurqorden” izləyir. Üçüncü pillədə isə 53 xalı olan “Hammarbü” qərarlaşıb.

“Haken” tarixində ilk dəfə İsveç çempionu olub. 1940-cı ildə yaranmış bu klub daha öncə yalnız gümüş və bürünc medallar qazana bilmişdi.

Shares: