“Barselona”nın futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasının bugünkü oyununu buraxacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Polşalı hücumçu qrup mərhələsinin 6-cı turunun “Viktoriya” ilə matçında iştirak etməyəcək. Məşqçilər korpusu belində problemlər olan Levandovskiyə istirahət verməyi məqsədəuyğun sayıb. Oyunu üç sarı vərəqə üzündən Serxio Buskets də buraxacaq.

Qrupda bütün yerlərin sahibləri dəqiqləşdiyindən, son tur formal xarakter daşıyır. “Barselona” üçüncü yeri rəsmiləşdirib, “Viktoriya” sonuncu yeri tutub.

Shares: