Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ilk 10 ayı ərzində beynəlxalq oyunlarında ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
Futbolinfo.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsinə 3 futbolçu şərikdir.
PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi, “Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland, həmçinin “Bayern” və Seneqal millisinin futbolçusu Sadio Mane bu vaxtadək beynəlxalq qarşılaşmalarda 14 qola imza atıb. Messi Argentina yığmasının heyətində daha çox fərqləndiyi üçün ilk sırada yer alıb.
- Lionel Messi – PSJ (Fransa), Argentina (4-10) – 14
- Erlinq Haland – “Borussia” (Dortmund, Almaniya), “Mançester Siti” (İngiltərə), Norveç ( 5-9) – 14
- Sadio Mane – “Liverpul” (İngiltərə), “Bavariya” (Almaniya), Seneqal (6-8) – 14
- Pedro – “Flaminqo”, Braziliya (12-1) – 13
- Kilian Mbappe – PSJ,Fransa (8-4) – 12