İspaniyanın “Selta” komandasının baş məşqçisi Eduardo Koudet istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Argentinalı mütəxəssislə müqaviləyə uğursuz nəticələr səbəbindən xitam verilib. O, 2020-ci ilin noyabrından La Liqa təmsilçisinə rəhbərlik edirdi.
Xatırladaq ki, “Selta” hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.