Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə dünya kubokunun proqramında dəyişiklik edilib.

Futbolinfo.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Serbiya yığması yarışda iştirak edə bilməyəcək.

Bu komandanın əksər üzvlərində COVID-19 virusu aşkarlanıb.

Beləliklə, dünya kubokunda 5 komandanın – Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və dünya yığmasının iştirak edəcəyi dəqiqləşib. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və dünya yığmasına texniki qələbə veriləcək.

Dünya kuboku 4-6 noyabrda təşkil olunacaq.

Shares: