“Qarabağ”la oyun çətin oldu. Çünki rəqib bizdən güclü idi”.

Futbolinfo.az xəbər verir ki, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunundan öncə mətbuat konfransında deyib.

Evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri 5-ci tur matçını şərh edən 59 yaşlı mütəxəssis bildirib ki, futbolda nəticə hər şeydən vacibdir: “Bunu yaxşı oynayıb qalib gələ bilmədiyimiz matçlardan öyrənmişik. Gördüyümüz işdə irəliləyiş əldə etmək istəyiriksə, oyuna daha çox nəsarət etməli, rəqiblərin zəif və güclü tərəflərini bilməliyik. Bunu “Qarabağ”a qarşı görüşdə də gördük”.

Bu gün keçiriləcək “Olimpiakos” – “Nant” oyununa Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Shares: