Gözəl mənzərədir, deyilmi? Futbol sevgisi hətta dağ başında da top qovmağa mane olmur…

Dağların qoynunda yerləşən Ağsunun Bico kəndinin futbol meydançasını məkanına görə dünyanın qeyri-adilərindən biri hesab etmək olar. Buranın tarixi də qədimdir. Amma bu meydançada futbol oynamaq maraqlı olduğu qədər də təhlükəlidir.

Sakinlər uşaqlara görə təhlükədən narahatdırlar. Arzulayır və ümid edirlər ki, meydançanın ətrafı məhəccərlənsin.

Meydançanın bir tərəfi sıldırım qayadan, dərədən ibarətdir. Bu isə futbol oynanılan zaman bir sıra çətinliklər yaradır. Futbol topu hər zaman o dərəyə düşəndə uşaqlar onun gətirilməsi üçün 10-15 dəqiqə vaxt sərf edirlər.

Hamımızın uşaqlıqda başına gələn epizoddu, lakin indi dövran dəyişib, problemi kökündən həll etmək olar. Sadəcə, rayon rəhbərliyi, idmanın inkişafına cavabdeh şəxslər bir az əziyyət çəkib futbol eşqi ilə yaşayan kənd sakinlərinə kiçik yardım etməlidilər.

Meydançanın yerini dəyişmək lazım deyil, unikal görüntünü korlamağa dəyməz, sadəcə, meydançanın təhlükəli sayıla biləcək hissəsində məhəccərlər quraşdırılsa, kifayətdir.

Qeyd edək ki, birzamanlar futbol üzrə Azərbaycan millisinin şərəfini qoruyan veteran futbolçu Kamal Quliyev də Bico kəndində dünyaya göz açıb. O, futboldakı ilk addımlarını məhz bu meydançada atıb.

BƏHRUZ MUSAYEV, Ağsu

images 2 - Futbolinfo.az
313912146 650017663373701 718442394594137947 n - Futbolinfo.az
Shares: