“Qələbəyə baxmayaraq, mərhələni “Qarabağ” da keçə bilərdi. Buna görə heç vaxt məyus olmazdıq”.
Futbolinfo.az xəbər verir ki, bunu Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Yunanıstanda “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bildirib ki, son tur öncəsi bütün diqqətləri öz oyunlarında olub: “Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq”.
G qrupunda 2-ci pilləni tutan “Nant” Avropa Liqasının pley-off mərhələsində Çempionlar Liqasından gələn komandalardan biri ilə qarşılaşacaq. “Qarabağ” isə qrup üçüncüsü kimi Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.