Futbol üzrə İspaniya millisinin və “Barselona”nın müdafiəçisi Jerar Pike peşəkar karyerasını bitirir.
Futbolinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçinin özü sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli oyunçu bildirib ki, La Liqanın 13-cü turu çərçivəsində baş tutacaq “Almeriya” ilə matç onun həm karyerasında, həm də Kataloniya təmsilçisində sonuncu görüşü olacaq:
“Barselona” azarkeşləri mənə hər şeyi verdi. Bir uşağın xəyalları gerçəkləşdi, artıq bu səhifəni bağlamağın vaxtıdır. Demişdim ki, başqa komandada oynamayacağam. Elə də olacaq. Bu şənbə “Kamp Nou”da son matçıma çıxacağam”.
“Barselona”nın yetirməsi olan Jerar Pike karyerası ərzində İngiltərənin “Mançester Yunayted” və ölkəsinin “Real Saraqosa” klublarında da çıxış edib.