Almaniyanın “Frayburq” komandasının hücumçusu Nils Petersen Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, 25-ci dəqiqədə hesabı açan 34 yaşlı hücumçu 1:1 hesabıyla bitən matçın çətin keçdiyini bildirib:

“Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Heyətimizdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər, dərhal razılaşardıq. Son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, rəqib layiqli oyun göstərdi və heç-heçə ədalətdli nəticədir”.

“Frayburq” qrup mərhələsini 14 xalla birinci, “Qarabağ” isə 8 xalla üçüncü sırada bitirib.

Shares: