İspaniyalı müdafiəçi Jerar Pikenin “Barselona” ilə müqaviləsinə xitam verilməsinin təfərrüatları məlum olub.

Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Pike müqavilənin sonrakı iki ili ərzində ona ödənilməli olan 50 milyon avrodan çox puldan imtina edib.

Pike təqaüdə çıxmaq qərarını noyabrın 3-də açıqlayıb. Buna onun klub prezidenti və jurnalistlərlə yaşadığı problemlər səbəb göstərilir.

35 yaşlı futbolçu 4 dəfə Çempionlar Liqasının qalibi (3 dəfə “Barselona” ilə, 1 dəfə “Mançester Yunayted”lə) olub, İngiltərə və 8 dəfə İspaniya çempionluğunu qazanıb. Pike İspaniya millisi ilə dünya və Avropa çempionluğu da yaşayıb.

Shares: