İspaniyanın “Real” komandasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Federiko Valverde Madrid təmsilçisində ötən ayın ən yaxşısı seçilib.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi oktyabrda bütün turnirlər çərçivəsində 8 oyuna çıxıb, 3 qola imza atıb.