Avropa Liqasının qrup mərhələsində 6-cı turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, 16 matçda ümumilikdə 370 000-dən çox tamaşaçı iştirak edib.

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Matçı 30430 tərəfdar izləyib.

Ən çox fanat isə “Roma” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 807 azarkeş olub.

Xatırladaq ki, “Qarabağ” qrupdakı sonuncu qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb. Ağdam klubu Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.

1667634738 2 - Futbolinfo.az
Shares: