“Qəbələ” fan-klubunun rəhbəri Cavad Şərifli AFFA İntizam Komitəsinin onlara stadiona girmək qadağası qoymasından danışıb. Futbolinfo.az-a açıqlama verən C.Şərifli Premyer Liqanın 12-ci turunda “Sabah”la oyunda nələr baş verdiyinə aydınlıq gətirib.

Məhz bu oyuna görə cəza alan fan-klubun rəhbəri günahkar olmadıqlarını bildirib:

“Sabah”la matçda həmişəki yerimizdə oturmuşduq. Stadiona gələrkən də bir xeyli piyada yol qət etdik, şüarlar səsləndirdik. Matç ərzində də sadəcə komandamıza dəstək olurduq. Amma bir neçə “Sabah” azarkeşi yaxına gəlib düz bizim oturduğumuz tribunalara yaxın yerdə əyləşdi. Bizim heç onlara söz atmaq niyyətimiz yox idi. Amma onlar bizə müxtəlif sözlər deməyə başladılar, lazımsız əl-qol hərəkətləri etdilər. Biz də əsəbiləşib cavab verdik. Bundan sonra onlara tərəfə getmək istəsək də, polislər qoymadı. Həmin qarışıqlıq zamanı stadionda bir neçə oturacaq sınıb. Lakin AFFA nümayəndəsi protokola guya bizim oturacaqları sındırdığımızı, onları stadiona atdığımızı yazıb. Amma bunlar heç biri real deyil. Stadiona heç bir yad əşya atmamışıq. Bilmirəm ki, niyə bizə oyuna girmək qadağası qoyublar”.

C.Şərifli cəzaların şişirdilmiş olduğunu da qeyd edib: “Qəbələ” də buna görə cərimə olunub. Şişirdilmiş və absurd qərarları başa düşmədik. Əslində, bu hadisənin səbəbkarı rəqib komandanın azarkeşləri idi. Niyə onlara cəza verilmədi, amma bizə verildi, maraqlıdr”.

Shares: