Müşfiq Teymurov birvaxtlar Azərbaycanda gələcək vəd edən oyunçular arasında ən öndə göstərilirdi. Əslən Yevlaxdan olan yarımmüdafiəçi, “Qəbələ” Futbol Akademiyasında yetişmişdi. O, məhz bu akademiyanın 17 yaşlılardan ibarət komandası ilə Azərbaycan çempionu adını qazanmışdı.

Burada göstərdiyi parlaq oyunlar nəticəsində Müşfiq qısa zaman kəsiyində Azərbaycanın U-17 millisinə və həmin vaxt “Qəbələ” klubunun baş məşqisi olan Ramiz Məmmədov tərəfindən əsas komandaya dəvət olundu.

2013/14 mövsümünü Teymurov üçün uğurlu hesab etmək olar. Həmin mövsüm ”Qəbələ”nin baş məşqçisi olan Yuri Syomin mütəmadi olaraq, ona əsas heyətdə yer verirdi. Müşfiq bu görüşlərdə qol vurmağa da müyəssər olmuşdu.

Müşfiq üçün işlərin yaxşı getdiyi vaxtda onun karyerasına böyük təsir edəcək hadisə baş verdi. O, özünə bahalı avtomobil aldı və bu, “Qəbələ” klubunun rəhbərliyi tərəfindən birmənalı şəkildə qarşılanmadı. Klubun indiki prezidentinin avtomobili ilə yanaşı dayanan… Davamını VİDEO-ya baxaraq öyrənəcəksiz.

BƏHRUZ MUSAYEV, Yevlax

Shares: