“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda baş tutacaq ilk qarşılaşmaya saat 21:45-də start veriləcək. Bu oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Fevralın 23-də Gent şəhərindəki eyniadlı stadionda keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Shares: