Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış, bu gün baş tutacaq “Turan Tovuz” – “Qarabağ” oyunundan öncə Peşəkar Futbol Liqası klublar və futbol ictimaiyyəti ilə birgə şəhidlərin xatirəsini yad edib.

Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının əməkdaşları, şəhid ailələri, qazilər, “Turan Tovuz” və “Qarabağ” klublarının üzvləri, Futbolun İnkişafı Fondunun nümayəndələri, hakimlər və hakim inspektorların iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Tovuz şəhər stadionunun ərazisində yerləşən şəhid İlqar Zeynallının (“Turan Tovuz”un keçmiş futbolçusu) abidəsi, ardından Tovuz şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.

Ehtiram əlaməti olaraq abidələr önünə gül çələngi qoyulub.

314411213 8960210987338058 8319636686814293872 n - Futbolinfo.az
314443396 8960210977338059 8223127527983083637 n - Futbolinfo.az
314862152 8960211150671375 8068114951565886644 n - Futbolinfo.az
313439210 8960210954004728 7897946730264932061 n - Futbolinfo.az
314342181 8960210957338061 8251491654836007418 n - Futbolinfo.az
314708984 8960211157338041 6094687495415684483 n - Futbolinfo.az
Shares: