FİFA-nın keçmiş prezidenti Yozef Blatter hesab edir ki, İran DÇ-2022-dən kənarlaşdırılmalıdır.
Futbolinfo.az xəbər verir ki, Blatter xarici mətbuata açıqlamasında məsələyə belə münasibət bildirib:
“İrana dünya çempionatında iştirak qadağan edilməlidir”.
Sentyabr ayında İranda hicabı “səhv taxdığına” görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar başlayıb.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi qrupda İngiltərə, Uels və ABŞ-la mübarizə aparacaq. İranlılar ilk oyununu noyabrın 21-də ingilislərə qarşı keçirəcək.