Polşanın Keltse şəhərində keçirilən beynəlxalq turnirdə növbəti dəfə Azərbaycan və Ermənistan boksçularının döyüşü baş tutmayacaq.

Futbolinfo.az xəbər verir ki, buna ermənilərinin yarışı yarımçıq tərk etməsi səbəb olub.

51 kq-da 1/4 final çərçivəsində Armen Quşçiyan (Ermənistan) Məsud Yusifzadə (51 kq) ilə döyüşdən imtina etmişdisə, bu dəfə Ermənistan yığması turnirdən ayrılıb.

Bu da o deməkdir ki, Malik Həsənov (63,5 kq) yarımfinalda Hamlet Minatsakanyanla (Ermənistan) döyüşmədən həlledici görüşə vəsiqə qazanıb. Onun finalda rəqibi Frank Roman Samuel (Rumıniya) – Frank Kleri (İrlandiya) cütünün qalibi olacaq.

Qarşılaşma noyabrın 13-də keçiriləcək.

Shares: