Ucar rayonunun mərkəzi stadionu sahibsiz küçə itlərinin məskəninə çevrilib. Baxımsızlıq üzündən xarabazara çevrilən arenada gördüklərimiz adamı heyrətə gətirir.
1982-ci ildə istifadəyə verilən rayon stadionu artıq dağılmaq üzrədir. Ətrafı kol-kos basıb, oturacaqlar sıradan çıxıb. Stadionun qazonu istifadə olunmaması və qulluq edilməməsi səbəbindən tamamilə şoranlaşıb. 5 hektar ərazini əhatə edən stadion illərdir baxımsız vəziyyətdə olduğundan bu hala düşüb.
Rayon sakinlərin sözlərinə görə, idman meydançası illərdir bərbad halda olduğundan futbol oynamaq üçün qonşu rayonlara getmək məcburiyyətində qalırlar, bu da əlavə xərc tələb edir.
Rayon sakinlərinin, stadionun balansında olan qurumun əməkdaşının dedikləri ilə tanış olmaq üçün təqdim etdiyimiz VİDEOya bağmağınız məsləhətdi.
Yeri gəlmişkən, “Youtube” kanalımıza abunə olsanız, bölgələrimizlə bağlı idman xəbərlərindən daha çox xəbərdar ola bilərsiz. Problemlərlə bağlı hazırladığımız reportajlar, bölgə komandalarının oyunlarından görüntülər, paytaxtdan kənardakı idman hadisələrindən xəbərlər – sadəcə, abunə olmağınız “Futbolinfo”nu izləməyiniz xahiş olunur.
BƏHRUZ MUSAYEV, Ucar