Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Alemanniya”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Buna cari mövsümdə 5 qol vurmuş futbolçunun ilk hissədə aldığı zədə səbəb olub.

“Şalke”nin ikinci komandası 16 turdan sonra 25 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Shares: