Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bəzi şəxslərə fəxri adlar verib.

Futbolinfo.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Əliyev Vaqif Hüseynağa oğlu
Hüseynov Nazim Qalib oğlu

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Fərzəliyev Murad Qoçu oğlu
Kərimov Mehman Bayram oğlu

Daha bir sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

İsayev Xəzər Ağali oğlu
Meftahəddinova Zemfira Əli qızı
Rəhimov Nazir Həzrətqulu oğlu
Şabanova Rəfiqə Mahmud qızı

Shares: